Bakıda qadın oğlu ilə dalaşan uşağa hücum çəkdi - ANBAAN GÖRÜNTÜLƏR/Polisdən açıqlama

Bakıda yeniyetmələr arasında dava olub, məsələyə valideyn qarışıb.
Nəticədə yeniyetmələrdən birinin anası övladı ilə dava edən oğlanı döyüb.
Bu barədə iddia ilə şikayətçi Vəli Bağırov BAKU.WS-in "qaynar xətti"nə müraciət edib.
Onun sözlərinə görə, hadisə Yeni Günəşlidə, Samir Cəfərov 34D ünvanında baş verib. Yaşananlar ərazidəki təhlükəsizlik kameralarına anbaan əks olunub.
Bildirilib ki, qəzəblənən qadın yeniyetməyə hücum çəkib. Məsələ ilə bağlı Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə şikayət olunub. Hadisə ilə bağlı biz də polisə müraciət ünvanladıq.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli BAKU.WS-ə açıqlamasında bildirib ki, məsələ ilə bağlı hazırda hər iki tərəfin müraciəti əsasında müvafiq polis orqanında araşdırma aparılır.
