Prezident İlham Əliyevin Çin səfəri dünya mediasının diqqətində - Bizdən nə danışırlar?

Prezident İlham Əliyevin Çin səfəri dünya mediasının diqqətində - Bizdən nə danışırlar?
Video
Siyasət 50

Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, Çinin "Global Times" nəşrində dərc olunan "Azərbaycan və Çin hərtərəfli strateji tərəfdaşlıq quraraq əhatəli əməkdaşlıqda yeni səhifə açır" başlıqlı məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkədəki dövlət səfəri və səfər zamanı keçirilmiş görüşlər, imzalanmış sənədlər əsasında iki ölkənin münasibətlərinin inkişafı təhlil edilib.

Məqalənin müəllifləri Liu Sin və Şen Şenq Azərbaycan, Çin liderlərinin görüşündə müzakirə olunan məsələlərə toxunub, onların fikirlərindən sitatlar gətiriblər. Bolqarıstanın "News.bg" xəbər portalı "Si Cinpin: Gömrük rüsumları və ticarət müharibələri qlobal iqtisadi nizama zərər vurur - Çin və Azərbaycan arasında əməkdaşlıq daha da güclənir" sərlövhəli məqalə təqdim edib.

Mənbənin verdiyi məlumata görə, Çin Xalq Respublikasının Sədri Si Cinpin bildirib ki, gömrük rüsumları və ticarət müharibələri bütün ölkələrin qanuni hüquq və maraqlarını pozur, çoxtərəfli ticarət sistemini sarsıdır və dünya iqtisadi nizamına ciddi zərər vurur.

Çinin "China Global Television Network" telekanalının internet səhifəsində "Çin Azərbaycanla hərtərəfli strateji tərəfdaşlıq qurur" sərlövhəli xəbərdə qeyd olunub ki, Azərbaycan Prezidentinin Çinə səfəri zamanı dövlət başçıları İlham Əliyev və Si Cinpin iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın qurulduğunu elan ediblər.

Ətraflı süjetdə:

This news edited with AI

Latest News