Suqovuşanda "Prezident Kuboku-2025" beynəlxalq turnirinin açılış mərasimi keçirilib

Akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2025" beynəlxalq turnirinin açılış mərasimi keçirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, tədbir Suqovuşanda gerçəkləşib.
Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurov, millət vəkili Elman Nəsirov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) prezidenti Vüqar Əhmədov və digər rəsmi şəxslər iştirak ediblər.
Azərbaycanın Dövlət Himni səsləndiriləndən sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Ardınca açılış söz Fərhad Əliyeva verilib. Yarış iştirakçılarını və qonaqları salamlayan AKAF-nin baş katibi yarışın açılış mərasiminin Suqovuşanda keçirilməsinin sevindirici hal olduğunu söyləyib.
Daha sonra çıxış edən Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Jan Zunqrana bu cür mötəbər turnirin Azərbaycanda keçirilməsinin önəmindən danışıb. O, yarışda güclülərin qalib gələcəyinə əminliyini vurğulayıb.
Yarışı açıq elan edən Fərid Qayıbov qonaqları salamlayıb və iştirakçılara uğurlar arzulayıb.
Bu gün Suqovuşanda 200 metr məsafəyə yarışlar baş tutacaq.
"Prezident Kuboku-2025" turnirinə Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər qatılıblar.
Qeyd edək ki, reqata mayın 1-2-də Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə mübarizə aparacaqlar.
Qalereya
*** 09:38
Bu gün akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2025" beynəlxalq turnirinə start veriləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, reqatada 20 ölkədən 200-dən çox idmançı mübarizə aparacaq.
Turnir Qarabağın dilbər guşəsi olan Suqovuşanda başlayacaq. Burada ilk olaraq beynəlxalq reqatanın açılış mərasimi, ardınca 200 metr məsafəyə yarışlar baş tutacaq.