Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən müxbirə hökm oxunub

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Xəyyam Qurbanlının cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Xəyyam Qurbanlı 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, özünü qəzetlərdən birinin müxbiri kimi təqdim edən Xəyyam Qurbanlı vətəndaşlardan nazirliyə daxil olan çox sayda şikayət əsasında saxlanılıb.
O, ayrı-ayrı şəxslərə və şirkətlərlə dair neqativ məlumatların paylaşılacağı ilə bağlı hədə-qorxu gəlməsi, eləcə də paylaşılmış məlumatların silinməsi məqsədilə müxtəlif məbləğlərdə qanunsuz pul tələb etməkdə təqsirləndirilib.
Xəyyam Qurbanlıya Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə - təkrar tör
