Azərbaycanda əməkhaqqı və təqaüdləri istənilən bankdan almaq mümkün olacaq

Azərbaycanda əməkhaqqı və təqaüdləri digər banklara köçürmək mümkün olacaq.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bununla bağlı məsələ iqtisadi ekspertlərlə Mərkəzi Bankın sədri Taleh Kazımov arasında keçirlən görüş zamanı müzakirə edilib.
Bildirilib ki, bununla bağlı Mərkəzi Bank ekosistemin qurulması üçün digər banklara da icazə verəcək. Hazırda hesabların daşınması mexanizminin qurulması və digər texniki məsələlərlə bağlı iş davam etdirilir. Yeniliyin bu ilin ikinci yarısından etibarən həyata keçirilməsi gözlənilir.
Qeyd edək ki, hazırda Azərbaycanda təqaüd və digər sosial ödəmələr bir neçə iri bank üzərindən həyata keçirilir.

Similar News
Çinli jurnalistin prezidentə bəhs etdiyi tələbə DANIŞDI
"2019-cu ildə yay məktəbinə gedəndə hər kəs mənə "Çində nə var?!" deyirdi". Bunu Baku TV-nin "Yeni bir səhər" verilişində Prezident İlham Əliyevin Pekində Çinin...