Premyer Liqa: XXXII turun sonuncu oyununda "Neftçi" "Sumqayıt"la üz-üzə gələcək

Premyer Liqa: XXXII turun sonuncu oyununda Neftçi Sumqayıtla üz-üzə gələcək
İdman 35

Bu gün Misli Premyer Liqasında XXXII turun oyunlarına yekun vurulacaq.

BAKU.WS xəbər verir ki, turun son qarşılaşmasında "Sumqayıt" öz meydanında "Neftçi"ni qəbul edəcək.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq. Hazırda "Neftçi" 35 xalla turnir cədvəlində yeddinci, "Sumqayıt" isə 29 xalla səkkizinci pillədə qərarlaşıb.

Misli Premyer Liqası

IV dövrə, XXXII tur

28 aprel

20:00. "Sumqayıt" – "Neftçi"

Hakimlər: Fərid Hacıyev, Şirmamed Mamedov, Teymur Teymurov, Rauf Cabarov.

VAR: Cavid Cəlilov.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA nümayəndəsi: İlham Əliyev.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" səfərdə "Kəpəz"i minimal hesabla üstələyib. "Turan Tovuz" - "Şamaxı", "Səbail" - "Araz-Naxçıvan" və "Sabah" - "Qarabağ" matçları 1:1 hesabı ilə başa çatıb.

This news edited with AI

Latest News