"Buna görə arıqlaya bilmirəm"

Buna görə arıqlaya bilmirəm
Şou-biznes 385

Xalq artisti Könül Xasıyeva artıq çəkidən xilas ola bilməməsinin səbəbini açıqlayıb. 

Xanəndə bu haqda "Zaurla Günaydın" verilişində danışıb. O bildirib ki, xəstəliklərinə görə arıqlaya bilmir:

"Lal, yəni tənbəl zobdan əziyyət çəkirəm. Bir də şəkərin də tənbəli var məndə. Müalicə etdirirəm. Dərmanlarımı atıram. Səhər dərman atıram, sonra nəsə yeməliyəm. Məni tanıyanlar deyər ki, yalan deyir. Gündə bir dəfə çörək yeyirəm. Səhər dərmandan sonra məcburam yeyim. Bir də axşam 6-7 arasında yeyirəm. Vəssalam, ondan başqa yemirəm". 

This news edited with AI

Latest News