Yevlaxda avtomobil yol kənarındakı dəmir maneəyə çırpılıb, FHN bir nəfəri xilas edib

Yevlaxda avtomobil yol kənarındakı dəmir maneəyə çırpılıb, FHN bir nəfəri xilas edib
Hadisə 47

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yevlax şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Bu barədə BAKU.WS-ə FHN-dən bildirilib.

Məlumatla əlaqədar FHN-nin Aran Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Honda" markalı minik avtomobili yol kənarındakı dəmir maneəyə çırpılıb və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalan 1 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

This news edited with AI

Latest News